AZ

Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırıb

Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırıb

İsrail ordusu tezliklə Fələstinin Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək, yerli sakinlər dərhal oranı tərk etməlidirlər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu xəbərdarlığı İsrailin baş naziri Benyamin Netanyahu edib. Onun videomüraciəti Baş nazirlik dəftərxanası tərəfindən yayılıb.

Netanyahu xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada bir neçə hündürmərtəbəli binanı dağıdıb. İsrail tərəfinin bildirdiyinə görə, bu hündürmərtəbəli binalar HƏMAS hərəkatının radikalları tərəfindən hərbi məqsədlər üçün istifadə olunur. Baş nazirin sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri artıq iki gün ərzində Qəzzada 50 hündürmərtəbəli binanı dağıdıb.

"Bütün bunlar yalnız bir giriş, əsas intensiv hərəkətlərin - indi toplaşan və hazırlaşan əsgərlərimizin Qəzza şəhərində quru manevridir. Bu baxımdan fürsətdən istifadə edərək Qəzza sakinlərinə deyirəm: Sizə xəbərdarlıq edilib, oradan çıxın!", - deyə Netanyahu bildirib.

Seçilən
34
2
afn.az

10Mənbələr