EN

Fransa parlamenti ölkə hökumətini istefaya göndərib

Fransa Baş Naziri François Bayrou parlamentdə etimadsızlıq səsverməsində məğlub olaraq hökumətinin istefasını elan edib.Bu barədə BBC xəbər verir.

Milli Assambleyanın 364 deputatı onun postunda qalmasını əleyhinə səs verib, yalnız 194 nəfər ona dəstək göstərib.

Bayrou hökuməti 1958-ci ildən bu yana etimadsızlıq səsverməsində məğlub olan ilk administrasiya kimi tarixə düşüb.

Etimadsızlıq səsverməsi nəticəsində Bayrou hökuməti istefa edəcək və Prezident Emmanuel Makron yaxın günlərdə yeni baş nazir təyin edəcək.

Chosen
18
1
anews.az

10Sources