EN

Azərbaycan millisi bu gün Ukrayna ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxacaq.

Xezerxeber.az xəbər verir ki, D qrupunda yer alan komanda Bakıda Ukrayna yığmasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzub.

Chosen
85
2
xezerxeber.az

3Sources