EN

“Səbail” Yakubu Mustafa və Fəxri Məmmədlini də heyətinə qatdı

2025/2026-cı illər mövsümündə Birinci Liqada mübarizə aparacaq “Səbail” klubu heyətinə daha iki yeni futbolçu cəlb edib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

“Dənizçilər” qanalı cinah yarımmüdafiəçisi Yakubu Mustafa ilə azərbaycanlı yarımmüdafiəçi Fəxri Məmmədlini heyətə qatıblar.

Ötən mövsümü İsrailin “Hapoel” (Umm Əl-Fahm) klubunda keçirmiş 20 yaşlı qanalı cinah yarımmüdafiəçisi Yakubu Mustafa ilə 1+1 illik müqavilə imzalanıb.

Fəxri Məmmədli isə ötən mövsümü “Şamaxı”da keçirib. 19 yaşlı yarımmüdafiəçi də yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Fəxri Məmmədli müqavilə ilə paytaxtın digər klubu “Sabah”a məxsusdur. O, ötən mövsüm “Şamaxı”da icarə əsasında çıxış edib.

“Səbail” isə 2024/2025-ci illər mövsümünün yekununda Premyer Liqada sonuncu yeri tutduğu üçün elitanı tərk edib və yeni mövsümdə Birinci Liqada mübarizə aparacaq.

error: Məzmun qorunur!
Chosen
34
3
arena.az

10Sources