Yazını böyüt
Yazını kiçilt
Ötən mövsümün sonunda İngiltərənin “Tottenhem” klubundan ayrılan baş məşqçi Ange Postekoqlunun yeni komandası bəlli olub.
Hafta.az xəbər verir ki, yunanəsilli avstraliyalı mütəxəssis Premyer Liqanın digər təmsilçisi “Nottingem Forest”də işləyəcək. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.
“Nottingem Forest”i son olaraq portuqaliyalı Nunu Espiritu Santu çalışdırıb.