EN

Gəncədə maşınlar toqquşdu - Yaralılar var

Gəncədə yol  qəzası olub. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Chosen
75
1
avtosfer.az

10Sources