Yevlaxda toydan qayıdan şəxslərin avtomobili yol kənarına aşıb, yaralananlar var.
"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Hürüuşağı kəndi yaxınlığından keçən avtomagistralda baş verib. Sürücü - 1985-ci il təvəllüdlü İlham Süleymanovun idarə etdiyi
"İnfinti" markalı avtomobil idararəetmədən çıxaraq aşıb və yol kənarındakı su arxına düşüb.
Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü, həmçinin 1981-ci il təvəllüdlü Nahid Həsənov,1976-cı il təvəllüdlü Səyavuş Səfərov və 1978-cu il təvəllüdlü Xalis Ələkbərov təcili xəstəxanaya çatdırlıb.
Qeyd edək ki, qəzaya düşən şəxslər Salahlı kəndindən toy məclisindən qayıdırlarmış. Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov