RU

Toydan qayıdan şəxslər qəzaya düşdü - Yaralılar var

Yevlaxda toydan qayıdan şəxslərin avtomobili yol kənarına aşıb, yaralananlar var.

"Unikal"ın məlumatına görə, hadisə  axşam saatlarında Hürüuşağı kəndi yaxınlığından keçən avtomagistralda baş verib. Sürücü - 1985-ci il təvəllüdlü İlham Süleymanovun idarə etdiyi
"İnfinti" markalı avtomobil idararəetmədən çıxaraq  aşıb və yol kənarındakı su arxına düşüb.

Qəza zamanı müxtəlif bədən xəsarətləri  alan sürücü, həmçinin 1981-ci il təvəllüdlü Nahid Həsənov,1976-cı il təvəllüdlü Səyavuş Səfərov  və  1978-cu il təvəllüdlü Xalis Ələkbərov təcili xəstəxanaya çatdırlıb.

Qeyd edək ki, qəzaya düşən şəxslər Salahlı kəndindən toy məclisindən qayıdırlarmış. Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov

Избранный
38
37
unikal.az

10Источники