AZ

Tovuzda iki avtomobil körpüdən aşdı

Tovuzda iki avtomobil körpüdən aşıb, xəsarət alanlar var.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyota Prius" və "Opel" markalı avtomobillər toqquşub, daha sonra aşıb.

Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif xəsarətlər alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.

Qeyd edək ki, xəsarət alanlar sürücüdürlər və taksi fəaliyyəti ilə məşğuldurlar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
40
2
axar.az

10Mənbələr