EN

Azərbaycanda bəy nişanı günü həbs olundu

Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlanın nişanlanması ilə bağlı bəzi təfərrüat məlum olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Yeni Sabah”a bildirilib ki, daxil olmuş məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən dərhal qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilib, hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət olunublar. 

Araşdırmalarla bəyin 20, qızın isə 14 yaşı olması müəyyən edilib. Ailələr ilə izahedici söhbətlər aparılıb və qeyd edilən halın qanunla qadağan olduğu izah edilib. Sezar pizza

Lakin, həmin vaxt yeniyetmə qızın valideyni H.Fərzəliyev, eləcə də bəy E.Məmmədli səs-küy salaraq, polisin xidməti fəaliyyətinə mane olublar. Onları nizam-intizama dəvət etsələr də həmin şəxslər hərəkətlərini davam etdirərək, ictimai qaydanı pozublar. H.Fərzəliyev və E.Məmmədli barədə İXM-nin müvafiq maddəsi ilə protokol tərtib olunub, iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onlar səkkiz sutka inzibati qaydada həbs olunublar.


Telegram kanalımız
Chosen
9
6
yenisabah.az

7Sources