AZ

Sabirabadda bəy nişanı günü həbs olundu...


Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlanın nişanlanması ilə bağlı bəzi təfərrüat məlum olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, daxil olmuş məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən dərhal qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilib, hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət olunublar.

Araşdırmalarla bəyin 20, qızın isə 14 yaşı olması müəyyən edilib. Ailələr ilə izahedici söhbətlər aparılıb və qeyd edilən halın qanunla qadağan olduğu izah edilib.

Lakin, həmin vaxt yeniyetmə qızın valideyni H.Fərzəliyev, eləcə də bəy E.Məmmədli səs-küy salaraq, polisin xidməti fəaliyyətinə mane olublar. Onları nizam-intizama dəvət etsələr də həmin şəxslər hərəkətlərini davam etdirərək, ictimai qaydanı pozublar. H.Fərzəliyev və E.Məmmədli barədə İXM-nin müvafiq maddəsi ilə protokol tərtib olunub, iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onlar səkkiz sutka inzibati qaydada həbs olunublar.

ZÜMRÜD

Seçilən
4
6
baki-xeber.com

7Mənbələr