AZ

Sabirabadda 14 yaşlı qızla nişanlanan OĞLAN DA HƏBS EDİLDİ

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlanın nişanlanması ilə bağlı bəzi təfərrüat məlum olub.Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, daxil olmuş məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən dərhal qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilib, hər iki tərəfin valideyləri polis şöbəsinə dəvət olunublar.Araşdırmalarla bəyin 20, qızın isə 14 yaşı olması müəyyən edilib. Ailələr ilə izahedici söhbətlər aparılıb və qeyd edilən halın qanunla qadağan olduğu izah edilib.

 

Lakin, həmin vaxt yeniyetmə qızın valideyni H.Fərzəliyev, eləcə də bəy E.Məmmədli səs-küy salaraq, polisin xidməti fəaliyyətinə mane olublar. Onları nizam-intizama dəvət etsələr də həmin şəxslər hərəkətlərini davam etdirərək, ictimai qaydanı pozublar. H.Fərzəliyev və E.Məmmədli barədə İXM-nin müvafiq maddəsi ilə protokol tərtib olunub, iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onlar səkkiz sutka inzibati qaydada həbs olunublar. (Oxu.az)Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
6
bizim.media

7Mənbələr