İsrailin Qətərdə həyata keçirdiyi hava zərbəsində HAMAS liderləri məhv edilməyibsə, bu, növbəti əməliyyatda baş tutacaq.
APA-nın məlumatına görə, bunu İsrailin ABŞ-dəki səfiri Yexiel Leiter “Fox News” telekanalına açıqlamasında bildirib.
“Hazırda müəyyən tənqidlərə məruz qala bilərik. Amma bu, tezliklə unudulacaq”.
Diplomat əlavə edib ki, bölgədə də dəyişikliklər baş verir: “Sülhün və Qərb sivilizasiyasının düşmənlərini terror aktları həyata keçirmək imkanından məhrum etdikcə, region daha yaxşıya doğru dəyişir”.
Qeyd edək ki, ötən gün İsrail Hərbi Hava Qüvvələri Qətərin paytaxtı Dohada HAMAS-ın ali rəhbərliyini hədəf alan zərbələr endirib.