AZ

İsrail səfiri: HAMAS liderlərinin məhv edilməsi növbəti əməliyyatda baş tutacaq

HAMAS liderlərinin məhv edilməsi növbəti əməliyyatda baş tutacaq...

APA-nın məlumatına görə, bunu İsrailin ABŞ-dakı səfiri Yexiel Leiter “Fox News”a açıqlamasında İsrailin Qətərin paytaxtına endirdiyi hava zərbələrinə münasibət bildirərkən deyib.

“Hazırda müəyyən tənqidlərə məruz qala bilərik. Amma bu, tezliklə unudulacaq”, - səfir vurğulayıb.

Diplomat əlavə edib ki, bölgədə də dəyişikliklər baş verir: “Sülhün və Qərb sivilizasiyasının düşmənlərini terror aktları həyata keçirmək imkanından məhrum etdikcə, region daha yaxşıya doğru dəyişir”.

Qeyd edək ki, ötən gün İsrail Hərbi Hava Qüvvələri Qətərin paytaxtı Dohada HAMAS-ın ali rəhbərliyini hədəf alan zərbələr endirib.

Poliqon.info

 

Seçilən
17
4
poliqon.info

5Mənbələr