AZ

İsrail səfiri: Qətərdəki hava zərbəsində HAMAS liderləri məhv edilməyibsə, növbəti əməliyyat olacaq

İsrailin Qətərdə həyata keçirdiyi hava zərbəsində HAMAS liderləri məhv edilməyibsə, bu, növbəti əməliyyatda baş tutacaq.

APA-nın məlumatına görə, bunu İsrailin ABŞ-dəki səfiri Yexiel Leiter “Fox News” telekanalına açıqlamasında bildirib.

“Hazırda müəyyən tənqidlərə məruz qala bilərik. Amma bu, tezliklə unudulacaq”.

Diplomat əlavə edib ki, bölgədə də dəyişikliklər baş verir: “Sülhün və Qərb sivilizasiyasının düşmənlərini terror aktları həyata keçirmək imkanından məhrum etdikcə, region daha yaxşıya doğru dəyişir”.

Qeyd edək ki, ötən gün İsrail Hərbi Hava Qüvvələri Qətərin paytaxtı Dohada HAMAS-ın ali rəhbərliyini hədəf alan zərbələr endirib.

Seçilən
69
4
apa.az

5Mənbələr