19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 14-dək Bakıda, ardından Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq. AFFA-dan Metbuat.az-a verilən məlumata görə, U-19 Kişineu toplanışı çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.Millinin heyəti:Nərgiz Ağaliyeva, Yelizaveta Vaysman, Arzu Ağaliyeva, Natella Mammadova, Gülnaz Şabanova, Arzu Cəfərova - hamısı “Şəfa”Firuzə Bayramova - “Dirçəliş”Vahidə Əlipaşayeva - “Vera (Gürcüstan)Mədinə Curuqova, Xanım Əsədova, Məsumə Nəzərli, Ayşən Salamzadə - hamısı “Neftçi”Mədinə Qədiməliyeva – “Sumqayıt”Səma Əsədova, Aysu Əsədova, Pərişan Abdullayeva, Aygün Novruzova, Günay Sultanlı - hamısı “Sabah”Ülviyyə İslamova – “Baku Juniors”Pərişan Abdullayeva, Ayan Abdiyeva, Aysel Cumayeva – hamısı “Liman”Şahnazə Rüstəmli, Fidan Əsədzadə - hər ikisi “Təhsil”16 sentyabr17:00. Moldova (U-19, Qadınlar) - Azərbaycan (U-19, Qadınlar)CPSM stadionu, Kişineu18 sentyabr17:00. Moldova (U-19, Qadınlar) - Azərbaycan (U-19, Qadınlar)CPSM stadionu, KişineuQeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.