EN

Gürcüstanda yerli seçkiləri izləyəcək 19 müşahidə təşkilatı qeydiyyata alınıb

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) yerli seçkilərlə bağlı müşahidəçi təşkilatların qeydiyyatı barədə məlumat yayıb.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, MSK-nın açıqlamasına görə, hazırda 19 müşahidə təşkilatı qeydə alınıb.

Bildirilib ki, bu gün daha 5 təşkilat – 3 beynəlxalq, 2 yerli qurum – rəsmi qeydiyyatdan keçib.

Müşahidə missiyaları arasında Avropadan dəvət olunmuş təşkilatlar da var.

MSK-nın açıqlamasında əlavə olunur ki, məsələ ilə bağlı yayılan bəzi spekulyasiyalar əsassızdır və yalnız seçki administrasiyasını gözdən salmağa xidmət edir.

Chosen
1
2
bakivaxti.az

3Sources