Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) yerli seçkilərlə bağlı müşahidəçi təşkilatların qeydiyyatı barədə məlumat yayıb.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, MSK-nın açıqlamasına görə, hazırda 19 müşahidə təşkilatı qeydə alınıb.
Bildirilib ki, bu gün daha 5 təşkilat – 3 beynəlxalq, 2 yerli qurum – rəsmi qeydiyyatdan keçib.
Müşahidə missiyaları arasında Avropadan dəvət olunmuş təşkilatlar da var.
MSK-nın açıqlamasında əlavə olunur ki, məsələ ilə bağlı yayılan bəzi spekulyasiyalar əsassızdır və yalnız seçki administrasiyasını gözdən salmağa xidmət edir.