EN

Tovuzda iki avtomobil körpüdən aşıb

Tovuzda iki avtomobil körpüdən aşıb, xəsarət alanlar var.

Operativ Media xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyota Prius" və "Opel" markalı avtomobillər toqquşub, daha sonra aşıb.

Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif xəsarətlər alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. 

Qeyd edək ki, xəsarət alanlar sürücüdürlər və taksi fəaliyyəti ilə məşğuldurlar. 

Faktla bağlı araşdırma aparılır.

Chosen
33
5
operativmedia.az

10Sources