EN

Amerikalı siyasətçi çıxışı zamanı güllələnib

Amerikalı siyasətçi və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.Bu barədə xarici KİV xəbər verir.

Bildirilir ki, o, boyun nahiyəsindən güllə yarası alıb.Onun sağ qalıb-qalmadığına dair rəsmi açıqlama yoxdur. 

Hadisədən dərhal sonra ABŞ lideri Donald Tramp amerikalıları Kirkin sağlamlığı üçün dua etməyə çağırıb.

Məlumata görə, mühafizəkar fəal Çarli Kirkə qarşı sui-qəsd edən şəxs Yuta Demokratik Partiyasının üzvü Maykl Mallinsondur. O, hadisə yerində saxlanılıb.

Chosen
29
17
anews.az

7Sources