EN

MİQ də təkrar iştirak ödənişli olur 45 60 manat...

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“MİQ-də iştirak etmək üçün təqribən 45-60 manat arasında vəsait ödənilməsi nəzərdə tutulur”​.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Sosisal qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bildiyiniz kimi, hər bir namizəd qeydiyyatdan keçərək müsabiqədə iştirak etmək üçün müraciət edir. Amma nəticədə müraciət edən şəxsin müsabiqədə iştirak etməsi arasında disporposional fərq yaranır. Təxminən hər il 10-12 min qeydiyyatdan keçən şəxs həmin imtahanda iştirakdan imtina edir.

Bu da təbii ki, o müsabiqə ilə bağlı izafi xərclərə səbəb olur. Bunun da qarşılanması çətinləşir. Bu dəyişiklik ona xidmət edir ki, əlçatan bir rəqəm, təbii ki bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək,  təxminən 45-60 manat arasında müsabiqədə iştirak etmək üçün vəsait ödəniləcək. Bu, ilk dəfə müraciət edən şəxslərə və güzəştli kateqoriyaya daxil olan insanlara şamil edilməyəcək”, - şöbə müdiri bildirib.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
12
qafqazinfo.az

10Sources