AZ

MİQ imtahanında iştirak üçün ödəniş bu qədər olacaq

MİQ imtahanında iştirak etmək üçün ilkin olaraq, ödəniş təqribən 45-60 manat arasında nəzərdə tutulur.

APA xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, hər il qeydiyyatdan keçən təxminən 10-12 min şəxs həmin imtahanda iştirak etməkdən imtina edir: “Bildiyiniz kimi, hər bir namizəd qeydiyyatdan keçərək müsabiqədə iştirak etmək üçün müraciət edir. Amma nəticədə müraciət edən şəxsin müsabiqədə iştirak etməsi arasında disporposional fərq yaranır. Hər il qeydiyyatdan keçən təxminən 10-12 min şəxs həmin imtahanda iştirak etməkdən imtina edir. Bu da təbii ki o müsabiqə ilə bağlı izafi xərclərə səbəb olur. Bunun da qarşısının alınması çətin olur. Bu dəyişiklik ona xidmət edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlçatan bir rəqəm müəyyən ediləcək, ilkin olaraq – təxminən 45-60 manat arasında – müsabiqədə iştirak etmək üçün vəsait ödəniləcək. Bu, ilk dəfə müraciət edən şəxslərə və güzəştli kateqoriyaya daxil olan insanlara şamil edilməyəcək”.

AzPost.az

Seçilən
11
12
azpost.info

10Mənbələr