AZ

MİQ imtahanında iştirak üçün ödəniləcək ilkin məbləğ AÇIQLANDI

"Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak etmək üçün 45-60 manat arasında vəsait ödəniləcək".

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Ümumi təhsil haqqında" Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, hər bir namizəd qeydiyyatdan keçərək müsabiqədə iştirak etmək üçün müraciət edir:

"Amma nəticədə müraciət edən şəxsin müsabiqədə iştirak etməsi arasında disproposional fərq yaranır. Təxminən hər il qeydiyyatdan keçən 10-12 min şəxslər həmin imtahanda iştirakdan imtina edirlər. Bu da təbii ki, o müsabiqə ilə bağlı izafi xərclərə səbəb olur. Bunun da qarşının alınması çətin olur.

Seçilən
13
12
demokrat.az

10Mənbələr