EN

MİQ imtahanında iştirak üçün ödəniləcək İLKİN MƏBLƏĞ

Yazını böyüt
Yazını kiçilt

"Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak etmək üçün 45-60 manat arasında vəsait ödəniləcək".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Ümumi təhsil haqqında" Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, hər bir namizəd qeydiyyatdan keçərək müsabiqədə iştirak etmək üçün müraciət edir:

"Amma nəticədə müraciət edən şəxsin müsabiqədə iştirak etməsi arasında disproposional fərq yaranır. Təxminən hər il qeydiyyatdan keçən 10-12 min şəxslər həmin imtahanda iştirakdan imtina edirlər. Bu da təbii ki, o müsabiqə ilə bağlı izafi xərclərə səbəb olur. Bunun da qarşının alınması çətin olur. Bu dəyişiklik ona xidmət edir ki, əlçatan bir rəqəm, təbii ki bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, təxminən 45-60 manat arasında müsabiqədə iştirak etmək üçün vəsait ödəniləcək. Bu, ilk dəfə müraciət edən şəxslərə və güzəştli kateqoriyaya daxil olan insanlara şamil edilməyəcək".

Chosen
14
12
hafta.az

10Sources