EN

Formula 1-ə görə bu məktəblərdə dərslər onlayn olacaq

Formula 1 Azərbaycan Qran-Prisi günlərində bəzi məktəblərdə dərslər onlayn olacaq.

Tribunainfo.az  verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə deyib.

Nazirin sözlərinə görə, bu, hər il qəbul edilən qərardır: “Ali təhsil müəssisələrinə gəlincə, adətən qərarı universitetlər özü hazırlayıb bizə təqdim edir. Yarış yolunun üzərinə düşən belə universitetlərin sayı da çox azdır. Formula 1 Gəncədə keçirilmədiyi üçün dərslərin onlayn olması Gəncə Dövlət Universitetinə niyə şamil olunmalıdır? Azərbaycan Dövlət İqtisad Universitetinə bu məsələ şamil oluna bilər. Eyni zamanda, 6, 132-134 nömrəli məktəblərə bu qərar şamil olunacaq”.

Chosen
15
13
tribunainfo.az

10Sources