EN

“Qarabağ” dünya reytinqində 38 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların ən son dünya reytinqini açıqlayıb.

Ölkə.az xəbər verir ki, qurumun rəsmi məlumatına görə, 506 komandanın yer aldığı siyahıda Azərbaycanın 4 klubu yer alıb.

Siyahıda Qarabağ 154,75 xal toplayaraq 38 pillə irəliləyib və 96-cı sırada qərarlaşıb.

Sabah 79,25 xal ilə 38 pillə geriləyərək 302-ci, Araz-Naxçıvan 70,25 xal ilə 8 pillə yüksələrək 355-ci, Zirə isə 68 xal toplayaraq 274-cü yerdən 380-ci pilləyə düşüb.

Dünya reytinqinə isə Fransanın PSJ klubu 543 xal ilə başçılıq edir.

Chosen
29
6
olke.az

10Sources