EN

Azərbaycan millisi Belçikanı məğlub etdi

BAKI, 11 sentyabr. TELEQRAF

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.

Teleqraf xəbər verir ki, B Liqasının A qrupunda yer alan milli Belçika yığması ilə qarşılaşıb.

İtaliyanın Viareccio şəhərində baş tutan görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.

Chosen
39
2
teleqraf.com

10Sources