Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze korrupsiya ittihamı ilə saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda gəlir əldə etməklə müşayiət olunan qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktına görə keçmiş müdafiə naziri Xuanşer Burçuladze məhkəmənin qərarı əsasında saxlanılıb”, - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Burçuladze 2021-2024-cü illərdə Müdafiə Nazirliyinə rəhbərlik edib.