Bakı. Trend:
Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkəvətəndaşlarından Rusiya və Belarusa səfər etməməyi xahiş edib.
Trend xəbərverir ki, o, bu məsələ ilə bağlı RFM24 radiosunda çıxışı zamanıdanışıb.
“Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə olaraq girovgötürürlər – bizim isə hər zaman mübadilə üçün təklif edəbiləcəyimiz “girov” olmur... Bir daha xahiş edirəm, yalvarıram: oragetməyin. Kimsə gedirsə, riski öz üzərinə götürür”, - Sikorskibildirib.
O, hər hansı problem olarsa, Polşanı günahlandırmamağaçağırıb.
Qeyd edək ki, sentyabrın 4-də Belarus Dövlət TəhlükəsizlikKomitəsinin əməkdaşları Polşa vətəndaşı Qrzeqorz Haveli casusluqdaşübhəli bilərək saxlayıblar.