AZ

“Yalvarıram, Rusiya və Belarusa getməyin”

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə vətəndaşlarından Rusiya və Belarusa səfər etməməyi xahiş edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu məsələ ilə bağlı RFM24 radiosunda çıxışı zamanı danışıb.

"Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə olaraq girov götürürlər - bizim isə hər zaman mübadilə üçün təklif edə biləcəyimiz "girov" olmur... Bir daha xahiş edirəm, yalvarıram: ora getməyin. Kimsə gedirsə, riski öz üzərinə götürür", - Sikorski bildirib.

O, hər hansı problem olarsa, Polşanı günahlandırmamağa çağırıb. 

Qeyd edək ki, sentyabrın 4-də Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları Polşa vətəndaşı Qrzeqorz Haveli casusluqda şübhəli bilərək saxlayıblar.

Milli.Az 

Seçilən
13
7
milli.az

8Mənbələr