AZ

“Yalvarıram, Rusiya və Belarusa getməyin” — Sikorski

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə vətəndaşlarından Rusiya və Belarusa səfər etməməyi xahiş edib.

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, “Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə olaraq girov götürürlər – bizim isə hər zaman mübadilə üçün təklif edə biləcəyimiz “girov” olmur… Bir daha xahiş edirəm, yalvarıram: ora getməyin. Kimsə gedirsə, riski öz üzərinə götürür”, – Sikorski bildirib.

O, hər hansı problem olarsa, Polşanı günahlandırmamağa çağırıb.

Qeyd edək ki, sentyabrın 4-də Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları Polşa vətəndaşı Qrzeqorz Haveli casusluqda şübhəli bilərək saxlayıblar.

Seçilən
10
7
konkret.az

8Mənbələr