EN

ABŞ Səfirliyindən 8 ölkə ilə bağlı vətəndaşlarına XƏBƏRDARLIQ

ABŞ-nin Azərbaycandakı Səfirliyi səyahətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi hesabında paylaşım olunub.

Bildirilib ki, son zamanlar bəzi ölkələrdə amerikalıların qeyri-qanuni həbsləri riski yüksək qiymətləndirilib: “Siyahıya daxil edilən ölkələr bunlardır: Əfqanıstan, Eritreya, Nikaraqua, Rusiya, Myanma, İran, Şimali Koreya və Venesuela.

ABŞ vətəndaşları səyahət etməzdən əvvəl travel.state.gov saytında yerləşdirilən səyahət tövsiyələrini nəzərdən keçirməli və onlara əməl etməlidir. Xəbərdarlığın məqsədi ABŞ vətəndaşlarını mümkün risklər barədə öncədən məlumatlandırmaqdır”.

"Cebheinfo.az" 

Chosen
22
7
cebheinfo.az

8Sources