ABŞ-nin Azərbaycandakı Səfirliyi səyahətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi hesabında paylaşım olunub.
Bildirilib ki, son zamanlar bəzi ölkələrdə amerikalıların qeyri-qanuni həbsləri riski yüksək qiymətləndirilib: “Siyahıya daxil edilən ölkələr bunlardır: Əfqanıstan, Eritreya, Nikaraqua, Rusiya, Myanma, İran, Şimali Koreya və Venesuela.
ABŞ vətəndaşları səyahət etməzdən əvvəl travel.state.gov saytında yerləşdirilən səyahət tövsiyələrini nəzərdən keçirməli və onlara əməl etməlidir. Xəbərdarlığın məqsədi ABŞ vətəndaşlarını mümkün risklər barədə öncədən məlumatlandırmaqdır”.
"Cebheinfo.az"