AZ

ABŞ Səfirliyindən vətəndaşlarına xəbərdarlıq

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

ABŞ-nin Azərbaycandakı Səfirliyi səyahətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi hesabında paylaşım edilib.

Qeyd olub ki, son zamanlar bəzi ölkələrdə amerikalıların qeyri-qanuni həbsləri riski yüksək qiymətləndirilib: “Siyahıya daxil edilən ölkələr bunlardır: Əfqanıstan, Eritreya, Nikaraqua, Rusiya, Myanma, İran, Şimali Koreya və Venesuela.

ABŞ vətəndaşları səyahət etməzdən əvvəl travel.state.gov saytında yerləşdirilən səyahət tövsiyələrini nəzərdən keçirməli və onlara əməl etməlidir. Xəbərdarlığın məqsədi ABŞ vətəndaşlarını mümkün risklər barədə öncədən məlumatlandırmaqdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
4
qafqazinfo.az

5Mənbələr