Misli Premyer Liqasının 4-cü turunda "Sabah"ı "Neftçi" ilə matça çıxaracaq litvalı mütəxəssis Valdas Dambrauskas iki legionerin xidmətindən faydalana bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Heyətdə cəzalə futbolçu yoxdur. Zinəddin Xaled və Boyan Letiç zədə səbəbindən "Neftçi"yə qarşı oynamayacaqlar".
Qeyd edək ki, "Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı sentyabrın 14-də keçiriləcək. Matçın start fiti 19:00-da səsləndiriləcək.
Nihat