EN

"Kəpəz" "Turan Tovuz"un hücumçusunu transfer etdi

“Kəpəz” klubu heyətini hücumçu ilə gücləndirib.

Operativ Media xəbər verir ki, “sarı-göylər” “Turan Tovuz”un 19 yaşlı hücumçusu Sadiq Şəfiyevi mövsümün sonuna kimi icarəyə götürüb.

Gəncə futbol məktəbinin yetirməsi olan Şəfiyev 2020-2021-ci illərdə və ötən mövsümün 2-ci hissəsində də “Kəpəz”in formasını geyinib.

Şəfiyev aşağı yaş qrupları üzrə millilərin şərəfini qoruyub.

Chosen
15
18
operativmedia.az

10Sources