"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər" Sadiq Şəfiyevi heyətinə qatıb.
"Turan Tovuz"un 19 yaşlı hücumçusu mövsümün sonuna kimi icarəyə götürülüb.
Gəncə futbol məktəbinin yetirməsi olan Şəfiyev 2020-2021-ci illər və ötən mövsümün 2-ci hissəsini "Kəpəz"də keçirib.
Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.