EN

CNN: Amerikalı fəalın qətlində şübəli bilinən şəxs atasına hər şeyi etiraf edib

Amerikalı fəal Çarli Kirkin qətli ilə bağlı saxlanılan şəxs atasına məhz onun atəş açdığını etiraf edib.

“İki sahil” xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, oğlunun etirafından sonra atası özü hakimiyyət orqanları ilə əlaqə saxlayıb. O, hüquq-mühafizə orqanlarına etiraf barədə məlumat verib və oğlunun rəsmi olaraq saxlanılana qədər onun nəzarəti altında olmasını təmin etdiyini bildirib.

Öz növbəsində daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Çarli Kirkin qətlində şübhəli şəxs "böyük ehtimalla" istintaq altındadır.

Chosen
18
1
ikisahil.az

2Sources