EN

Ukrayna Baltik dənizində Rusiyanın ən böyük neft terminalına hücum etdi -VİDEO

Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları ötən gecə Baltik dənizində Rusiyanın ən böyük neft terminalına zərbə endirib.

 

Bu barədə "İnterfaks-Ukrayna" xüsusi xidmət orqanlarına istinadən məlumat yayıb.

 

"Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatlarının uğurlu hücumu nəticəsində limandakı gəmilərdən birində və nasos stansiyasında yanğınlar baş verib, neft yükləmələri dayandırılıb. İxracın dayandırılması səbəbindən Rusiya büdcəsinin təxmini gündəlik itkiləri 41 milyon ABŞ dollarına qədər ola bilər", - qurumdan bildirilib.

 

Həmçinin Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən Rusiyanın bir sıra neft nasos stansiyaları – "NPS-3", NPS "Andreapol" və "NPS-7" vurulub. Bunlar Ust-Luqa liman-terminalına xam neft tədarükünü təmin edən magistral boru kəməri sisteminin əsas elementləridir. 

 

Primorsk - Rusiyanın beynəlxalq sanksiyalardan yan keçərək xarici bazarlarda neft satdığı "kölgə donanması"nın yüklənməsi üçün əsas mərkəzdir. Liman vasitəsilə ildə təxminən 60 milyon ton neft daşınır. Bu da Rusiyaya təxminən 15 milyard ABŞ dolları gəlir gətirir.

Chosen
14
1
senzor.az

5Sources