EN

Azərbaycanda külək enerjisi istehsalı 13%-dən çox azalıb

BAKI, 13 sentyabr. TELEQRAF

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda külək elektrik stansiyalarında 33,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% azdır.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkədə ümumilikdə 18 milyard 321,7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çoxdur. Bunun 17 milyard 708,4 milyon kilovat-saatını əmtəəlik elektrik enerjisi təşkil edib.

İstilik elektrik stansiyalarında istehsal 15 milyard 9,9 milyon kilovat-saat olub və bu sahədə cüzi artım (0,4%) qeydə alınıb. Tullantıların yandırılmasından əldə edilən elektrik enerjisi isə 146,7 milyon kilovat-saata bərabər olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.

Su elektrik stansiyalarında enerji istehsalı 2 milyard 257,2 milyon kilovat-saat olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 6,6% çoxdur.

Günəş elektrik stansiyalarında istehsal 407,9 milyon kilovat-saat təşkil edib ki, bu da illik müqayisədə 13% artıma bərabərdir.

Qeyd edək ki, hesabat dövründə suyun təmizlənməsi və bölüşdürülməsi üzrə 463,8 milyon kub metr həcmində məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 20,9% çoxdur.

Chosen
7
3
teleqraf.com

10Sources