Çin və ABŞ nümayəndə heyətləri 14-17 sentyabr tarixlərində Madriddə keçiriləcək tarif müzakirələrində TikTok-un gələcək taleyini də müzakirə edəcək.
Bakıvaxtı.az xəbər verir ki, Çin Ticarət Nazirliyi Pekinin bu məsələdə öz qanuni hüquq və maraqlarını qorumağa sadiq olduğunu bildirib.
Nazirlik ABŞ-ı qarşılıqlı hörmət və bərabər dialoq əsasında problemləri həll etməyə çağırıb.
Qeyd edək ki, "TikTok" ABŞ-də qadağan edilə biləcəyi təhlükəsi ilə üz-üzədir.
Qadağanın tərəfdarları məlumat təhlükəsizliyi və milli təhlükəsizlik riskləri amillərini göz önünə gətirir.
Əli Hüseynov