EN

“Mançester Siti” Riko Lyuislə yeni müqavilə imzaladı

İngiltərənin “Mançester Siti” klubu gənc futbolçusu Riko Lyuislə müqavilənin müddətini uzadıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə bağlanan yeni sözləşmə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi 2028-ci ilin iyununadək qüvvədə idi.

“Mançester Siti”nin yetirməsi olan Lyuis əsas komandada 2022-ci ildən çıxış edir. O, 2024/2025 mövsümündə bütün turnirlərdə iştirak etdiyi 44 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
44
1
90deqiqe.az

3Sources