EN

“Nar” Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırıb

“Nar” mobil operatorunun ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlər üçün təşkil etdiyi ənənəvi layihədə bu il SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi adını qazanmış 4 nəfər də yer alıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədəBANM-dən məlumat verilib.

Ümumilikdə ölkə üzrə ən yüksək bal toplayan 10 abituriyentin mükafatlandırılması üçün təşkil olunan mərasimdə hədiyyələr təqdim olunmuş BANM tələbələri Müşfiq Əlili (698,3 bal), Alı İsmayılov (697,5 bal), Rəhim Fərəczadə (697 bal) və Əbülhəsən Məmmədov (696,7 bal) olub. Onlar İnformasiya təhlükəsizliyi ixtisasında təhsil alacaqlar.

Mükafatlandırma mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov “Nar”ın təşəbbüsünü yüksək qiymətləndirərək bu addımın tələbələr üçün böyük motivasiya yaratdığını bildirib. Rektor həmçinin qeyd edib ki, ölkə üzrə ən yüksək nəticə göstərmiş 10 abituriyentdən 4-nün BANM-i seçməsi universitetin nüfuzunu və təhsil mühitinin keyfiyyətini bir daha təsdiqləyir.

Chosen
36
4
sia.az

5Sources