Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiyaya təqribən 68,1 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 3 milyon ABŞ dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 4,5 milyon kVt/saat və ya 7,1%, dəyər ifadəsi ilə 767 min ABŞ dolları, yaxud 34,7% artıb.
Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayı ərzində Rusiyadan Azərbaycana 1,8 milyon ABŞ dolları dəyərində, 50,5 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.