EN

Yük maşını "Cherry"yə çırpıldı - ölən və yaralanan var - FOTO

Sentyabrın 14-də saat 02:00 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BDYPİ-dən Milli.Az-a verilən məlumata görə, İran vətəndaşı Shadman Taleshmikaei tərəfindən idarə olunan "Volvo" markalı yük maşını texniki nasazlıq səbəbindən yol kənarında dayanmış "Cherry" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Cherry" markalı avtomobildə sərnişin qismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahim Əhmədov hadisə yerində dünyasını dəyişib, digər sərnişin - Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
41
31
milli.az

10Sources