EN

Beyləqanda yol qəzasında ölən vəzifəli şəxs olub - YENİLƏNİB

Ötən gecə Beyləqanda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnın qəzada dünyasını dəyişən vəzifəli şəxs olub. 

Hakimiyyet.az "Report"a istinadla xəbər verir ki, "Lexus" və BMW markalı avtomobillərin toqquşması zamanı ölən şəxs, BMW-nin sürücüsü polis baş leytenantı Rəşad Hacıyev  Beyləqan Rayon Polis Şöbəsində Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru vəzifəsində çalışırmış.

Qəza zamanı rayon sakini, 1995-ci il təvəllüdlü  İbrahimli Yusif Fəttullah oğlu müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Sentyabrın 14-nə keçən gecə Beyləqan rayonu ərazisində "Lexus" və "BMW" markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Hakimiyyet.az a bildirilib ki, qəza nəticəsində "BMW" markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır.

Chosen
39
14
hakimiyyet.az

10Sources