"Zelenski ilə Putin arasındakı nifrət hədsizdir. Onlar bir-birlərinə o qədər nifrət edirlər ki, bu səbəbdən də praktiki olaraq danışa bilmirlər. Düşünürəm ki, mən sözümü deməliyəm”.
Ölkə.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasındakı mümkün görüşü şərh edərkən deyib.
Tramp əlavə edib ki, hər iki liderin görüşü istisna deyil, lakin onun təşkili asan olmayacaq.
“Danışıqlar olacaq. Biz bu və ya digər şəkildə bunu həll edəcəyik. Ona görə də mən müdaxilə etməliyəm", - Tramp qeyd edib.
Mürtəza