“Qərb-2025” birgə strateji təlimləri zamanı Rusiyanın Tu-22M3 uzaqmənzilli bombardmançıları Barents dənizinin neytral sularında patrul həyata keçirib.
Herbiand.az Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, uçuş dörd saata yaxın davam edib.
Bombardmançı təyyarələri MiQ-31BM qırıcıları müşayiət edib.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Tu-22M3 pilotları müntəzəm olaraq Arktika, Şimali Atlantika, Qara və Baltik dənizlərinin, Sakit okeanın neytral suları üzərində uçuşlar həyata keçirirlər.
Bəxtiyar CƏFƏRLİ