EN

26 yaşlı Ləman skuterlə adam vurub: “Məndən 15 min istədilər”

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Ağ Şəhər Bulvarı ərazisində avtomobillə skuteri vuran xanım sürücü hakim qarşısına çıxarılıb. Zərərçəkmiş şəxs şikayətçi olub.Avtosfer.az xəbər verir ki, 26 yaşlı Ləman idarə etdiyi “KİA Optima” markalı avtomobillə saatda 60 km/saat sürətlə hərəkətdə olan zaman yolu keçən skuteri vurub.Skuterdə olan 20 yaşlı Həsər Xəlilov xəsarət alıb. Həsərin hər iki baldır sümüyü sındığı üçün əməliyyat olunub.Hadisə zamanı Ləmanın yanında rəfiqəsi olub, onlar birlikdə Bulvara istirahətə gedirmişlər. Qəzadan sonra onlar yaralını öz maşınları ilə xəstəxanaya aparmaq istəyiblər. Lakin polis əməkdaşları təcili yardım gözləməyi məsləhət görüb.Törətdiyi əmələ görə peşman olan Ləman deyib ki, zərərçəkmiş tərəflə barışmağa cəhd etsə də, mümkün olmayıb. Sözlərinə görə, zərərçəkmiş tərəf ondan 15 min manat tələb edir. Lakin onun 5 min manat ödəmək imkanı var.Zərərçəkmiş Həsər isə deyib ki, qarşı tərəfdən pul tələb etmirlər və qanunla nəzərdə tutulmuş şəkildə cəzalandırılmasını istəyirlər.Məhkəmənin hökmü ilə Ləman 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası alıb. Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş Ləman cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.(musavat)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
4
avtosfer.az

10Sources