Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələyə start veriləcək.
News24.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da Liqa mərhələsinin ilk oyununa çıxacaq.
Qurban Qurbanovun komandası 2024/25 mövsümü Portuqaliya liqasını 2-ci yerdə tamamlayan "Benfika"nın qonağı olacaq. Lissabondakı "Estadio da Luz"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.
"Qarabağ" 8 il aradan sonra Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcək. Tarixində 2-ci dəfə bu mərhələyə yüksələn Ağdam klubu 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.
Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində 8 matç keçirəcək. Bunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdamlılar "Atletik" (İspaniya), "Napoli" (İtaliya) və "Liverpul"la (İngiltərə) da səfərdə qarşılaşacaq. "Kopenhagen" (Danirmarka), "Çelsi" (İngiltərə), "Ayaks" (Niderland) və "Aytraxt"la (Almaniya) oyunlar isə Bakıda keçiriləcək.
Çempionlar Liqası
Liqa mərhələsi
I tur
16 sentyabr
23.00 Benfika (Portuqaliya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Erik Lambrexts, Co De Veird, Kevin Monteni, Natan Verbumen (Belçika).
VAR: Bram Van Driessçe (Belçika).
AVAR: Fedayi Sun (Belçika).
Lissabon, "EÅŸtadiu da LuÅŸ" stadionu.